Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
2026-cı ildə keçiriləcək G20 sammiti ABŞ-də baş tutacaq.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı məlumat verib.
Trampın sözlərinə görə, G20 sammitinin keçiriləcəyi şəhər Mayami olacaq:
“Təxminən son 20 ildə ilk dəfədir ki, ABŞ G20 sammitinə ev sahibliyi edəcək. Biz bu tədbiri ölkəmizin ən möhtəşəm şəhərlərindən biri olan, Florida ştatındakı gözəl Mayamidə keçirəcəyik”, – o vurğulayıb.
Qeyd edək ki, sözügedən sammit 2009-cu ildə ABŞ-nin Pensilvaniya ştatının ikinci ən böyük şəhəri Pittsburqda baş tutmuşdu.
Xatırladaq ki, bu ilin noyabrında G20 sammitinə Cənubi Afrika ev sahibliyi edəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.