AZ

İctimai maraqların qorunmasında dövlətin rolu

Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İctimai maraqlar dedikdə cəmiyyətdə fərdlərin tam şəkildə mənafe və hüquqlarının qorunması, təmin olunması, şərait yaradılması və adekvat olaraq onların hüquqları ilə bağlı vaxtaşırı qanunvericilk bazasının təkmilləşdirilməsi nəzərdə tutulur. 

Bütünlükdə dövlətin prioritet vəzifələrindən biri ictimai maraqların müdafiəsidir. Azərbaycanda, xüsusilə humanitar və sosial sahədə müxtəlif proqramların qəbul edilməsi, rifahın əsas prinsip olaraq elan olunması, başlıcası sosial-iqtisadi proqramlarda, sosial inkişaf strategiyalarının qəbul edilməsinin əsasında ictimai maraqlar dayanır. 

Burada o cümlədən, ən uzaq müddətə qəbul edilmiş proritet məsələlər var. Bu məsələlərin belə elan olunmasında əsas məqsəd ictimai maraqların təmin olunmasıdır. Qısa desək, ictimai maraqlar fərdin hüquqlarının, azadlığının, normal sosial durumunun təmin edilməsi yanaşmasıdır.  pizza sifarişi

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov bildirib ki, hazırda bu istiqamətdə önəmli addımlar atılır:

“İctimai maraqların qorunması mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə İctimai iştirakçılıq haqqında qanun da qəbul olunub. Bunun əsasında, dövlətin müvafiq qurumları və eləcə də cənab prezident İlham Əliyevin çağırışı olmuşdur ki, ictimai maraqların qorunması istiqamətində Prezident Adminstrasiyasına müraciət ünvanlanması həyata keçirilsin. Hesab edirəm ki, bu uğurla həyata keçirilir. 

Bu istiqamətdə önəmli addımlar atılır. Hazırda ictimai iştirakçılığın, ictimai maraqların həyata keçirilməsi üçün önəmli vasitə yeni media və sosial şəbəkələrdir. Sosial şəbəkələrdə ölkəmizin hər bir yerində baş verən proseslərlə yaxından tanış olmaq olar. Bu vasitə ilə müəyyən hadisələrə cəld, çevik və adekvat reaksiya verilir, müxtəlif müzakirələr təşkil olunur. 

Hesab edirəm ki, qərar qəbuledicilər bu rəyləri də nəzərə alırlar və müxtəlif vətəndaşların mövqeyini ölçürlər. İctimai rəyin öyrənilməsi üçün hazırda sosial şəbəkələr önəmli indikator rolunu oynayır. O cümlədən, sosioloji sorğuların keçirilməsi, ictimai ab-havanın öyrənilməsi, ictimai rəyin dinamikasının ölçülməsi də mühüm əhəmiyyət kəsb edir. 

Fikrimcə, bu istiqamətdə də beyin mərkəzlərinin rolu çox önəmlidir. Ümumilikdə, ictimai maraqların qorunması həm də xalqımızın rifahının yüksəldilməsinə, onun təhlükəsizliyinin təmin olunmasına, həyat qabiliyyətinin daha da artırılmasına gətirib çıxarır. Bu istiqamətdə hələ də müəyyən çatışmazlıqlar, boşluqlar var. Onların aradan qaldırılması istiqamətində ciddi çalışmaq lazımdır”.

Politoloq vurğulayıb ki, qeyri-hökumət təşkilatlarının da bu istiqamətdə üzərinə mühüm vəzifələr düşür:

“Dövlətin müvafiq institutları ictimai iştirakçılığın təmin olunması, maraqların təminatı baxımından önəmli rolu həyata keçirir. Lakin qeyri-hökumət təşkilatlarının da bu istiqamətdə üzərinə mühüm vəzifələr düşür. Ümumiyyətlə, inkişaf etmiş qərb dövlətlərində dövlətin müəyyən məsələlərə müdaxiləsi həyata keçirilir. 

Məsələn, tarif, pensiya siyasəti, maaşlar, müavinətlər və s. Lakin problemlərin həlli və cəmiyyətin inkişafı üçün vətəndaş cəmiyyətinin mühüm rolu vardır. Hesab edirəm ki, bu istiqamətdə qeyri-hökumət təşkilatları da fəal olmalıdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müxtəlif layihələri maliyyələşdirməsinin şahidi oluruq. Hətta qrant layihələrinin məbləği artırılıb. Lakin burada maarifləndirmə geniş vüsət almalıdır. 

Müəyyən qrup insanlarla keçirilən görüşlər, tədbirlər, çəkilən şəkillər, yayılan bukletlər kifayət etmir. Qeyri-hökumət təşkilatları sahəsində də çox böyük problemlər var. Xüsusilə onların qeydiyyata alınması, monitorinqi, onların fəaliyyəti, istiqamətləri, təsnifatlaşdırılması, regionlaşdırılması önəmlidir. Son dövrlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyində olan dəyişikliklər, onların işlərinin düzgün qurulması ürəkaçandır. Önəmli nəticələrin olduğunu da görürük. Lakin qeyri-hökumət təşkilatları da ictimai maraqların qorunmasında daha fəal surətdə işləməlidirlər. 

Daha çox vətəndaşla ünsiyyətdə, təmasda olmalıdırlar. Vətəndaş qeyri-hökumət təşkilatlarına inanaraq, onları problemlərini dövlətə çatdıran önəmli bağlantı kimi görməlidir ki, QHT-lər də özünü doğrultsun və ictimai nüfuz qazansın”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.   

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
1
yenisabah.az

2Mənbələr