AZ

Tramp Pentaqonun adını Müharibə Nazirliyinə dəyişdi

BAKI, 5 sentyabr. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bundan sonra yenidən Müharibə Nazirliyi adlandırılacaq.

Teleqraf xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bununla bağlı fərman imzalayıb.

"Bu, uzun müddətdir müzakirə etdiyimiz mövzudur. Bu, daha uyğun bir addır", - o, qərarını belə izah edib.

Qurum Trampın prezidentlik müddətində bu adı daşıyacaq.

Qeyd edək ki, ABŞ-nin Müharibə Nazirliyi 1789-cu ildən 1947-ci ilə qədər mövcud olub, 1949-cu ildə isə qurum Müdafiə Nazirliyi adlandırılmağa başlayıb.

Seçilən
24
1
teleqraf.com

2Mənbələr