AZ

"Barselona" yetirməsi ilə yollarını ayırdı

style='margin-bottom:10px;'>

"Barselona" futbolçusu Oriol Romeu ilə yollarını ayırıb. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kataloniya təmsilçisi 33 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Oyunçunun klubla müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Oriol Romeu Kataloniya klubunun akademiyasına 2004-cü ildə qoşulmuşdu. 2011-ci ildə “Çelsi”yə transfer olunan ispaniyalı yarımmüdafiəçi sonrakı illərdə “Sauthempton” və “Jirona”da çıxış edib. 2023-cü ildə yenidən “Barselona”ya qayıdan futbolçu əsas komandada 39 matça çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
99
10
teleqraf.com

10Mənbələr