AZ

Yamalın loqosu ilə hazırlanan ilk buts təqdim edildi - Video

“Adidas” “Barselona”nın ulduz oyunçusu Lamin Yamal ilə birlikdə futbolçunun rəsmi loqosu ilə hazırlanan eksklüziv “F50” buts modelini ictimaiyyətə təqdim edib.

Publika.az xəbər verir ki, ispaniyalı vinger ilk fərdi idman ləvazimatı parlaq rənglərdə hazırlanıb, altlığında isə oyunçunun loqosu əks olunub. O, yeni butslar artıq bu bazar “Valensiya”ya qarşı keçiriləcək görüşdə geyinə biləcək.

Xatırladaq ki, 18 yaşlı oyunçusunun cari mövsümdə La Liqada 3 oyunda 2 qolu və 2 məhsuldar ötürməsi var. Futbolçunun klubla müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

Seçilən
22
10
publika.az

10Mənbələr