AZ

"Bolonya" "Atalanta"nın futbolçusunu icarəyə götürdü

İtaliyanın "Bolonya" klubu "Atalanta"nın yarımmüdafiəçisi İbrahim Suleymanı heyətinə cəlb edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçisi mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. Müqavilədə satınalma şərti də yer alır.

Qana millisinin üzvü təxminən bir il əvvəl yığmada debüt edib və bu müddətdə 3 oyun keçirib. Klubun açıqlamasında futbolçunun güclü uzaq zərbələrə malik olduğu və yüksək dözümlülüyü ilə seçildiyi vurğulanıb.

Gənc yarımmüdafiəçi karyerasına 2021/22 mövsümündə "Verona"da başlayıb. Daha sonra "Kalyari"nin heyətində 24 oyun keçirərək 2 qola imza atıb. Ötən mövsüm isə "Atalanta"da 10 matçda meydana çıxıb və 2 dəfə fərqlənib.

Transfermarkt portalı futbolçunun bazar dəyərini 7 milyon avro olaraq qiymətləndirir.

Seçilən
115
90deqiqe.az

1Mənbələr