AZ

Tərtərdə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tərtər, 5 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə Tərtərdə qanvermə aksiyası təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Qan Bankının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, gənclər könüllü olaraq iştirak ediblər.

Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 222 nəfər qan verib.

Respublika Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
85
azertag.az

1Mənbələr