AZ

Yol qəzasından sonrakı insidentlə bağlı AÇIQLAMA

Ajans.az  xəbər verir ki, hadisənin görüntüsü sosial şəbəkələrdə paylaşılıb. Hadisədən sonra maşının sürücüsü ilə qadının yanında olan şəxs arasında dava baş verib. Dava-dalaş ətrafdakı şəxslərin köməyi ilə o sakitləşdirilib. Hadisə ilə bağlı DİN Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsindən qaynaqlanan insident barədə polisə məlumat daxil olub. 

O qeyd edib ki, aparılan araşdırmalarla “Toyota” markalı avtomobilin sürücüsünün piyadanı vurması, daha sonra isə sürücü və piyadanın yanında olan digər şəxs arasında mübahisə yaranması müəyyənləşdirilib: "Mübahisə edən tərəflərin xəsarət dərəcələrinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub. Ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir”.

Seçilən
18
5
Ajans.az

6Mənbələr