AZ

U-21 millimiz Portuqaliya ilə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununa çıxacaq.

"Unikal" xəbər verir ki, yığma B qrupunda Portuqaliya ilə qarşılaşacaq.

Barseluş şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, U-21 sentyabrın 9-da seçmə mərhələnin II turunda “Dalğa Arena”da Bolqarıstan seçməsi ilə üz-üzə gələcək.

Seçilən
31
4
unikal.az

6Mənbələr