AZ

Seçmə mərhələ: Azərbaycan millisi bu gün Portuqaliya ilə üz-üzə gələcək

Bakı, 5 sentyabr, AZƏRTAC

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununa çıxacaq.

AZƏRTAC xəbər verir ki, yığma B qrupunda Portuqaliya ilə qarşılaşacaq.

Barseluş şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, U-21 sentyabrın 9-da seçmə mərhələnin II turunda “Dalğa Arena”da Bolqarıstan seçməsi ilə üz-üzə gələcək.

Seçilən
13
4
azertag.az

6Mənbələr