AZ

Azərbaycanda üzüm sahələri və məhsuldarlıq azalıb

BAKI, 5 sentyabr. TELEQRAF

Ötən il Azərbaycanda 14,9 min hektar sahədə üzüm əkilib.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 14,4 min hektarı bar verib.

Barverən sahədən ümumilikdə 205 min 105,1 ton üzüm yığılıb. Məhsuldarlıq hər hektardan orta hesabla 102,2 sentner, yəni 10 ton 220 kiloqram təşkil edib. 2023-cü illə müqayisədə məhsuldarlıq 9,8 faiz və ya 1 ton 110 kiloqram azalıb.

Kənd təsərrüfatı müəssisələri üzüm satışından (xərclərə nisbətdə) 16,6 faiz mənfəət əldə ediblər.

Ötən il adambaşına düşən üzüm və meyvə istehlakı isə 97 kiloqram təşkil edib.

Hesabat dövründə üzüm ən çox Dağlıq-Şirvan iqtisadi rayonunda əkilib - 3 009,8 hektar. Qazax-Tovuz iqtisadi rayonunda 2 500,6 hektar, Gəncə-Daşkəsən iqtisadi rayonunda 1 830,7 hektar, Lənkəran-Astara iqtisadi rayonunda isə 1 580 hektar ərazidə üzüm əkilib.

Qeyd edək ki, hazırda bazarlarda üzümün 1 kiloqramı 1,5-2,5 manat arası qiymətlərlə satılır.

Seçilən
53
teleqraf.com

1Mənbələr