AZ

Qadını vuran sürücünü belə döydülər - VİDEO

Paytaxtın Nərimanov rayonunun Azad Hümbətov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsindən sonra dava-dalaş baş verib.

DİN Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli sorğumuza cavab olaraq bildirib ki, hadisə avqustun 4-ü qeydə alınıb: “Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsindən qaynaqlanan insident barədə polisə məlumat daxil olub. Aparılan araşdırmalarla “Toyota” markalı avtomobilin sürücüsünün piyadanı vurması, daha sonra isə sürücü və piyadanın yanında olan digər şəxs arasında mübahisə yaranması müəyyənləşdirilib. Mübahisə edən tərəflərin xəsarət dərəcələrinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub. Ərazi üzrə polis orqanında araşdırmalar davam etdirilir”.

Seçilən
130
4
mia.az

10Mənbələr