"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən "Benfika" futbolçusu Uqu Felişi satıb.
QOL.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi "Tondela"ya keçib. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
Uqu 2016-cı ildən "Benfika" sistemində idi.
Xatırladaq ki, “Qarabağ”la "Benfika" arasında görüş sentyabrın 16-da Portuqaliyada keçiriləcək.