EN

"Benfika"da ayrılıq

style='margin-bottom:10px;'>

"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən "Benfika" futbolçusu Uqu Felişi satıb.

QOL.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi "Tondela"ya keçib. Bu barədə Portuqaliya təmsilçisinin  mətbuat xidməti məlumat yayıb.

Onunla imzalanan  müqavilənin detalları hələlik açıqlanmayıb.

Uqu 2016-cı ildən "Benfika" sistemində idi.

Xatırladaq ki, “Qarabağ”la "Benfika" arasında görüş sentyabrın 16-da Portuqaliyada keçiriləcək. 

Chosen
8
teleqraf.com

1Sources