AZ

Sumqayıtda bu vəzifəli şəxs işdən çıxarıldı FOTO KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

Sumqayıt şəhər Fikrət Əmirov adına 5 nömrəli Musiqi Məktəbinin direktoru Vaqif Süleymanov tutduğu vəzifədən azad edilib.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, onun işinə ötən ay xitam verilib. Redaksiyanın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən faktı təsdiqləyiblər. Bildirilib ki, direktor yaş senzi ilə əlaqədar işdən kənarlaşdırılıb. Hələlik yeni təyinatın olmadığı da qeyd edilib.

Qeyd edək ki, Vaqif Səttar oğlu Süleymanov Sumqayıtın mədəni inkişafındakı xidmətlərinə görə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
84
1
konkret.az

2Mənbələr