BAKI, 5 sentyabr. TELEQRAF
2024-cü ildə Azərbaycanda un ehtiyatları 1 milyon 764 min 476 ton olub.
Teleqraf Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, 2019-cu illə müqayisədə ölkədə un ehtiyatları və istifadəsi 25% azalıb.
Ötən il ölkədə çay ehtiyatı və istifadəsi 16 min 758 ton olub, 2019-cu illə müqayisədə bu göstərici 37.6% azalıb.
Hesabat dövründə şəkər ehtiyatı isə 1 milyon 173 min 529 ton olub. Ölkədə şəkər ehtiyatı və istifadəsi 61.4% artıb.