AZ

Gürcüstan prezidenti iki müxalifət liderini əfv etdi


Gürcüstan Prezidenti Mixail Kavelaşvili “Güclü Gürcüstan - Lelo” müxalifət partiyasının liderləri - Mamuka Xazaradze və Badri Caparidzeni əfv edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Facebook” sosial şəbəkə hesabında məlumat yayıb.
“Heç kimin yerli hakimiyyət orqanlarına seçkilərinin məhdud rəqabət şəraitində keçirildiyini düşünməsinə əsas verməmək üçün mən iki məhbusu - Mamuka Xazaradze və Badri Caparidzeni əfv etmək qərarına gəldim”, - deyə Kavelaşvili bildirib.
Kavelaşvili qeyd edib ki, o, “Güclü Gürcüstan – Lelo” liderlərinin seçkilərdə iştirak etmək qərarına gələn bütün həbsdə olan üzvlərinə prezidentin əvvəllər təklif etdiyi əfvdən imtina etmələrinə baxmayaraq, onları həbsdən azad etmək qərarına gəlib.
Qeyd edək ki, bundan əvvəl məhkəmə müxalifət partiyalarının liderləri Nika Qvaramiya, Nika Melia, Mamuka Xazaradze, Badri Caparidze, Zurab Caparidze, Giorgi Vaşadze, müxalifətçi Givi Tarqamadze və keçmiş müdafiə naziri İrakli Okruaşviliyə 7 ay 8 ay həbs cəzası verib. Onlar keçmiş prezident Mixail Saakaşvilinin dövründə cinayətləri araşdıran parlament komissiyasının iclasına gəlmədiklərinə görə saxlanılıb və sonra mühakimə olunublar.
Seçilən
91
7
yeniavaz.com

8Mənbələr