1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Sentyabrın 4-də Tovuz rayon Qəribli kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, yanğının 1982-ci il təvəllüdlü Mahir Əliyevin həmin ərazidə ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Nəticədə 30 sot ərazidə biçilmiş əkin sahəsi yanıb.
M.Əliyev saxlanılaraq barəsində inzibati qanunvericiliyə uyğun məsuliyyət tədbiri görülüb.