AZ

Bir sıra ərazilərdə leysan xarakterli yağış yağıb, şimal-qərb küləyi əsib

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 5-i saat 10:00-a olan məlumatına əsasən, ölkənin bir sıra ərazilərində - Qusar (Laza), Daşkəsən, Gədəbəy, Tərtər, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Qusar (Laza), Daşkəsən, Gədəbəy, Sədərək, Tərtər, Göygöl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə 3 millimetrədək qeydə alınıb.

Ölkənin bir sıra ərazilərində arabir şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti saniyədə Daşkəsəndə 23, Bakıda və Abşeron yarımadasında isə 20 metrədək güclənib.

Seçilən
74
35
azerbaijan-news.az

10Mənbələr