AZ

Cənubi Koreya, ABŞ və Yaponiya sentyabrın ortalarında hərbi təlimlər keçirəcək

Cənubi Koreya Respublikası, ABŞ və Yaponiyanın silahlı qüvvələrinin iştirak etdiyi “Freedom Edge” illik üçtərəfli hərbi təliminin aktiv mərhələsi sentyabrın 15-19-da baş tutacaq.

Editor.az Yonhap-a istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisi məlumat yayıb.

Bildirilib ki, təlimin Cənubi Koreyanın Ceju adasının sahillərində beynəlxalq sularda keçirilməsi planlaşdırılır.

Birləşmiş Qərargah Rəislərinin bəyanatında deyilir: “Təlim iştirakçıları dəniz, hava və kiber sahələr üzrə çoxdomenli əməliyyat imkanlarını artıracaq və güclü və sabit üçtərəfli əməkdaşlığı dəstəkləmək üçün qarşılıqlı fəaliyyət qabiliyyətini artıracaqlar”.

2024-cü ilin noyabrında KXDR ABŞ-ı Koreya yarımadasında real müharibəyə səbəb ola biləcək düşmənçilik hərəkətlərində ittiham edib və təxribatlara son qoyulmasını tələb edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
93
editor.az

1Mənbələr