Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Nemətabad kəndində baş verib. Birmərtəbəli yaşayış olmayan evdə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın evə ciddi zərər vursa da, yanğınsöndürənlər alovu söndürməyə nail olublar. Hadisənin nədən qaynaqlandığı hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.