AZ

ABŞ Müdafiə Nazirliyi adını dəyişir

ABŞ Prezidenti Donald Trampın orduya daha sərt imic qazandırmaq məqsədilə Müdafiə Nazirliyinin (Pentaqonun) adını “Müharibə Nazirliyi” olaraq dəyişdirməyə dair prezident fərmanını imzalayacağı bildirilir.

Operativ Media xəbər verir ki, Amerika mediasına açıqlama verən yüksək rütbəli Ağ Ev rəsmisi Trampın bu məsələ ilə bağlı iclas keçirərək sözügedən sənədi imzalayacağını bildirib.

ABŞ qanunvericiliyinə əsasən, Tramp Konqresdən qəbul olunacaq qanun olmadan Müdafiə Nazirliyinin adını dəyişə bilmir. Buna görə də prezidentin imzalayacağı fərmanla nazirliyin adının “Müharibə Nazirliyi” kimi dəyişdirilməsi istiqamətində bütün prosedurların başlanacağı və Pentaqonun müvafiq hazırlıqları görəcəyi gözlənilir.

Ağ Evin mətbuat nümayəndələrinə göndərdiyi gündəlik proqramda Trampın cümə günü günortadan sonra açıqlama verəcəyi qeyd olunub, lakin çıxışın mövzusu açıqlanmayıb.

“Müharibə Nazirliyi” ABŞ Konstitusiyasının qüvvəyə mindiyi 1789-cu ildə təsis olunub, İkinci Dünya müharibəsinin başa çatmasından iki il sonra – 1947-ci ildə qəbul edilən qanunla adı “Müdafiə Nazirliyi” olaraq dəyişdirilib.

Seçilən
14
21
operativmedia.az

10Mənbələr