AZ

KİV: Tramp Pentaqonu yenidən Müharibə Nazirliyi adlandırmaq istəyir

BAKI, 5 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Pentaqonun yenidən Müharibə Nazirliyi adlandırılması haqqında fərman imzalamağa hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Fox News” Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Fərmanın sentyabrın 5-də imzalanacağı gözlənilir.

Məlumata görə, Pentaqonun əlavə adı olacaq. Beləliklə, Pentaqon rəhbəri Pit Heqseti "müharibə naziri" adlandırmaq mümkün olacaq. Bundan əlavə, fərman Heqsetə Pentaqonu daimi əsasda yenidən adlandırmağa imkan verən qanunvericilik və icra tədbirlərini hazırlamağı tapşıracaq.

Qeyd edək ki, ABŞ-nin Müharibə Nazirliyi 1789-cu ildən 1947-ci ilə qədər mövcud olmuşdur.

Seçilən
13
teleqraf.com

1Mənbələr