AZ

Tramp Müdafiə Departamentinin adının dəyişdirilməsi ilə bağlı sərəncam imzalayacaq

Azertag saytına istinadən ain.az xəbər verir.

Vaşinqton, 5 sentyabr , AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Müdafiə Departamentinin adının Müharibə Departamentinə dəyişdirilməsi ilə bağlı sərəncam imzalayacaq. AZƏRTAC xəbər verir ki, bu barədə “Fox News Digital” məlumat yayıb.

Sərəncama əsasən Müharibə Departamenti Müdafiə Departamentinin əlavə adı kimi istifadə ediləcək və Heqset Müharibə katibi titulunu da daşıya biləcək.

Sərəncamda həmçinin Heqsetə adın daimi olaraq Müharibə Departamenti olaraq dəyişdirilməsi üçün həm qanunvericilik, həm də icraedici tədbirlər təklif etməyi tapşıracaq.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
azertag.az

5Mənbələr