AZ

Tramp Müdafiə Departamentinin adının Müharibə Departamentinə dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb

Vaşinqton, 6 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Müdafiə Departamentinin adının Müharibə Departamentinə dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Müharibə Departamenti Müdafiə Departamentinin əlavə adı kimi istifadə ediləcək və Pit Heqset Müharibə katibi titulunu da daşıya biləcək.

Departamentin rəsmi adının dəyişdirilməsi Konqresin qərarı ilə baş tuta bilər, lakin sərəncama əsasən yeni ad rəsmi yazışmalarda, mərasimlərdə və qanuni olmayan sənədlərdə istifadə olunacaq.

Sərəncamda, həmçinin Heqsetə adın daimi olaraq Müharibə Departamenti olaraq dəyişdirilməsi üçün həm qanunvericilik, həm də icraedici tədbirlər təklif etməyi tapşıracaq.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
10
1
azertag.az

5Mənbələr