ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Alyaskada keçirdiyi görüşdən iki fotonu "Truth Social" sosial şəbəkəsində paylaşıb.
Publika.az xəbər verir ki, birinci fotoda dövlət başçıları "F-35" qırıcılarının Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazası üzərində uçuşu zamanı göyə baxırlar.
İkinci fotoda isə ABŞ-a məxsus "B-2" bombardmançısının başçılığı ilə klin formasında uçan dörd qırıcı təsvir olunub.
Tramp bu fotolara heç bir şərh əlavə etməyib.