2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilir.
90deqiqe.Az-ın məlumatına görə, bu gün daha 8 qarşılaşma baş tutub.
J qrupunda Qazaxıstan millisi doğma meydanda Uelsi qəbul edib və minimal hesabla qələbə qazanıb. Belçika isə səfərdə Lixtenşteyn üzərində inamlı qələbəyə sevinib.
E qrupunda Türkiyə millisi səfərdə Gürcüstanla üz-üzə gəlib və çətin qələbə qazanıb. İspaniya isə səfərdə Bolqarıstanın qonağı olub və darmadağınla qalib gəlib.
G qrupunda Litva - Malta və Niderland - Polşa matçlarında qalib müəyyənləşməyib.
A qrupunda Almaniya səfərdə Slovakiya millisinin qonağı olub və gözlənilmədən məğlubiyyətə üzülüb. Şimali İrlandiya isə səfərdə Lüksemburq üzərində qələbəyə sevinən tərəf olub.
Dünya çempionatı, seçmə mərhələ
4 sentyabr
J qrupu
18:00 Qazaxıstan – Uels - 0:1
22:45 Lixtenşteyn – Belçika - 0:6
E qrupu
20:00 Gürcüstan – Türkiyə - 2:3
22:45 Bolqarıstan – İspaniya - 0:3
G qrupu
20:00 Litva – Malta - 1:1
22:45 Niderland – Polşa - 1:1
A qrupu
22:45 Lüksemburq – Şimali İrlandiya - 1:3
22:45 Slovakiya – Almaniya - 2:0