AZ

Trampın oğlu milyarder oldu

ABŞ prezidenti Donald Trampın 41 yaşlı oğlu Erik kriptovalyuta mədən şirkəti American Bitcoin-dəki payının qiyməti qalxdıqdan sonra milyarder olub.

Editor.az bu barədə Forbes-ə istinadla yazır.

Layihənin həmtəsisçisi və baş strategiya direktoru Erik Trampın səhmləri sentyabrın 3-də bahalaşaraq onun payını 950 milyon dollara çatdırıb.

Wall Street Journal xəbər verir ki, sentyabrın 2-də World Liberty Financial-ın WLFI kriptovalyutası ilə ticarətə başlamasından sonra Donald Trampın ailə sərvəti 5 milyard dollar artıb.Nəşr qeyd edib ki, 6,1 milyard dollar sərvəti olan ABŞ prezidenti cəmi bir gündə ailəsinin sərvətini daha 5 milyard dollar artırıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
95
20
editor.az

10Mənbələr