AZ

Almaniyada seçkilərdən əvvəl 16 namizəd öldü

BAKI, 4 sentyabr. TELEQRAF

Sentyabrın 14-də Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətində keçiriləcək yerli seçkilərə az qalmış müxtəlif partiyalardan ən azı 16 namizəd ölüb.

Teleqraf xəbər verir ki, bu barədə yerli seçki komissiyasının rəhbəri Monika Vissmana istinadla “Bild” qəzeti məlumat yayıb.

O bildirib ki, hazırda namizədlərin ölümü ilə bağlı 16 fakt məlumdur. Onlardan yeddisi “Almaniya üçün Alternativ” (AfD), qalanları Almaniya Sosial Demokrat Partiyası (SPD), Azad Demokrat Partiyası (FDP), Yaşıllar və digər siyasi qüvvələri təmsil edib.

Seçilən
132
teleqraf.com

1Mənbələr