AZ

Tələbə kreditlərində təhsil nəticələrinə görə güzəştlər tətbiq ediləcək – Fonddan açıqlama

Tələbə kreditlərində təhsil nəticələrinə görə güzəştlər tətbiq ediləcək.

Far.Az-ə məlumat verən Fond bildirir ki, tələbə kreditlərinin faiz hesablanması və geri ödənişi təhsil göstəricilərinə görə müəyyən edilir.

Sosial kredit üzrə ÜOMG-si 71 bal, standart kredit üzrə isə 91 bal və yuxarı olan tələbələr üçün həmin semestrdə götürdüyü kreditə görə faiz hesablanmır.

Təhsilin normativ müddəti ərzində bütün semestrlərdə ÜOMG-si 91 bal və yuxarı olan tələbələr sosial kreditin 50%-dən, standart kreditin isə 25%-dən azad edilirlər.

Fondun açıqlamasına əsasən, bu güzəştlər tələbələrin akademik göstəricilərinə əsasən kredit yükünü azaltmaq məqsədi daşıyır.

Şahanə Xankişiyeva

Seçilən
8
1
far.az

2Mənbələr