Baku.ws saytına istinadən ain.az xəbər verir.
Tələbə kreditlərində təhsil nəticələrinə görə güzəştlər tətbiq ediləcək.
BAKU.WS-ə məlumat verən Fond bildirir ki, tələbə kreditlərinin faiz hesablanması və geri ödənişi təhsil göstəricilərinə görə müəyyən edilir.
Sosial kredit üzrə ÜOMG-si 71 bal, standart kredit üzrə isə 91 bal və yuxarı olan tələbələr üçün həmin semestrdə götürdüyü kreditə görə faiz hesablanmır.
Təhsilin normativ müddəti ərzində bütün semestrlərdə ÜOMG-si 91 bal və yuxarı olan tələbələr sosial kreditin 50%-dən, standart kreditin isə 25%-dən azad edilirlər.
Fondun açıqlamasına əsasən, bu güzəştlər tələbələrin akademik göstəricilərinə əsasən kredit yükünü azaltmaq məqsədi daşıyır.
Şahanə Xankişiyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.