AZ

Amerikalılar “Tramp marşrutu”na görə İrəvana gələcəklər

AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən Ermənistanın “Johovurd” nəşrinin yazdığına görə,Amerika nümayəndələri gələcək dəhlizin yalnız texniki yox, həm də siyasi aspektlərini nəzərdən keçirmək niyyətindədirlər.

“Gündəliyə investisiyaların həcmi, prioritet istiqamətlər və tikinti işlərinin başlanma tarixləri ilə bağlı məsələlər daxildir. Görüşlər qapalı formatda keçiriləcək və qəbul edilən qərarlar regionda yeni logistik reallığın formalaşmasına birbaşa təsir göstərə bilər”,- qəzet vurğulayır.

İrəvan hazırda səfərin təfərrüatları və onun proqramı ilə bağlı şərh verməyə tələsmir.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılması barədə birgə bəyannamə imzalayıblar. Ağ Ev rəhbərinin təşəbbüsü ilə Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlanıdırlıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
149
1
azvision.az

2Mənbələr