AZ

Ukrayna Silahlı Qüvvələri Rostov vilayətinə zərbələr endirdi

BAKI, 4 sentyabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri sentyabrın 4-nə keçən gecə Rusiyanın Rostov vilayətinə kütləvi hücum təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə regionun qubernatoru Yuri Slyusar öz “Telegram” kanalında yazıb.

O, hücum nəticəsində heç kimin xəsarət almadığını bildirib.

Qubernator regionun bəzi rayonlarında yanğınların baş verdiyini, lakin onların artıq söndürüldüyünü əlavə edib.

Seçilən
74
teleqraf.com

1Mənbələr