Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə iştirak etmək üçün Türkiyəyə yola düşüblər.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
İdmançılar sentyabrın 4-7-si aralığında Mersin şəhərində təşkil olunacaq "Pro Beach Tour Mersin" açıq çempionatına qatılacaqlar.
Qızlardan Xədicə Hadızadə ilə Cəmilə Bəşirova, oğlanlardan İbrahim Məmmədov və Muhammad Aslanlı medalçılar sırasına düşməyə çalışacaqlar.