EN

Azərbaycanın çimərlik voleybolçuları Türkiyəyə turnirə yollanıblar

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə iştirak etmək üçün Türkiyəyə yola düşüblər.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib. 

İdmançılar sentyabrın 4-7-si aralığında Mersin şəhərində təşkil olunacaq "Pro Beach Tour Mersin" açıq çempionatına qatılacaqlar. 

Qızlardan Xədicə Hadızadə ilə Cəmilə Bəşirova, oğlanlardan İbrahim Məmmədov və Muhammad Aslanlı medalçılar sırasına düşməyə çalışacaqlar. 

Chosen
118
90deqiqe.az

1Sources