AZ

Xaricdə boşananların nikahı Azərbaycanda tanınırmı? ŞƏRH

ain.az bildirir, Gununsesi portalına istinadən.

Son illər artan boşanma halları bir sıra sualları gündəmə gətirir. Onlardan biri də xaricdə rəsmiləşdirilən boşanmanın Azərbaycanda hüquqi qüvvəyə minməsi məsələsidir.

Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlama verən hüquqşünas Rəşad Səfərov bildirib ki, Azərbaycan qanunvericiliyində bu prosedur mövcuddur:

“Azərbaycan məhkəməsində “xarici məhkəmə qərarının tanınması və icrası” adlı prosedur həyata keçirilir. Siz xarici boşanma sənədlərini təqdim edərək tanınma iddiası qaldırırsınız”.

Məhkəmə qərarı tanıdıqdan sonra ASAN Xidmət və ya qeydiyyat şöbəsi ailə vəziyyətinizi rəsmi şəkildə ‘boşanmış’ kimi qeyd edəcək. Beləliklə, Azərbaycanda da subay statusuna malik olacaqsınız”.

Afət

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
icma.az

1Mənbələr