AZ

Azərbaycan radiosunun binası söküləcək

Azərbaycan Radiosunun binasında söküntü işləri aparılacaq. APA-nın əldə etdiyi məlumata görə, radionun fəaliyyətində fasilə yaranmasın deyə, əməkdaşlar işlərini Azərbaycan Televiziyasının (AzTV) binasında davam etdirəcək. Bildirilib ki, radionun binası söküldükdən sonra təməlqoyma və yeni binanın tikintisi gözlənilir:

 

“Azərbaycan radiosunun yeni binasının neçə mərtəbədən ibarət olacağı hələ ki məlum deyil. Bu, gələcək situasiya və əməkdaşların sayına görə dəyişə bilər”.

Tarix: 3 Sentyabr 2025, 15:46   
Seçilən
8
31
pravda.az

10Mənbələr