Şimali Atlantika Alyansının ( NATO ) baş katibi Mark Rutte təşkilatın bütün ölkələrini Amerikanın Kiyevə silah tədarükü üçün sifarişləri və ödənişləri sürətləndirməyə çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, siyasətçi bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
Rutte xatırladıb ki, Avropa ölkələri tərəfindən ödənilən 2 milyard avroluq Amerika yardımı artıq Ukraynaya çatıb.
"Mən digər NATO ölkələrini bu səylərdə fəal iştirak etməyə çağırıram", - NATO-nun baş katibi qeyd edib.