ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Şimali Atlantika Alyansının ( NATO ) baş katibi Mark Rutte təşkilatın bütün ölkələrini Amerikanın Kiyevə silah tədarükü üçün sifarişləri və ödənişləri sürətləndirməyə çağırıb.
Redaktor.az xəbər verir ki, siyasətçi bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
Rutte xatırladıb ki, Avropa ölkələri tərəfindən ödənilən 2 milyard avroluq Amerika yardımı artıq Ukraynaya çatıb.
"Mən digər NATO ölkələrini bu səylərdə fəal iştirak etməyə çağırıram", - NATO-nun baş katibi qeyd edib.
Aminə Şahsuvarqızı
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.