AZ

Birbank kartlarında keşbek ləğv olunur?

Keşbek əslində zamanla ləğv olunacaq. Bir bonus isə daha çox qazanc verəcək. Ajans.az xəbər verir ki, ekosistemin Loyallıq Proqramı İdarəsinin baş direktoru Fərid İslamov yeni layihənin təqdimatında çıxış edib. O bildirib ki, “Bir Bonus” sadəcə ad dəyişikliyi deyil, ekosistem brendlərinin və minlərlə tərəfdaşın eyni çətir altında birləşməsidir:

“Bir Bonus ekosistemin bütün brendlərini və minlərlə partnyorumuzu bir-birinə bağlayan dəyərli parçadır. Müştərilərimiz üçün isə bu unikal təcrübədir. Onlar gündəlik əməliyyatlarından bonus qazanacaq və həmin bonusları həm brendlərimizdə, həm də tərəfdaşlarımızda rahatlıqla xərcləyə biləcəklər”, – deyə İslamov vurğulayıb.

Seçilən
66
1
Ajans.az

2Mənbələr