Keşbek əslində zamanla ləğv olunacaq. Bir bonus isə daha çox qazanc verəcək. Ajans.az xəbər verir ki, ekosistemin Loyallıq Proqramı İdarəsinin baş direktoru Fərid İslamov yeni layihənin təqdimatında çıxış edib. O bildirib ki, “Bir Bonus” sadəcə ad dəyişikliyi deyil, ekosistem brendlərinin və minlərlə tərəfdaşın eyni çətir altında birləşməsidir: “Bir Bonus ekosistemin bütün brendlərini və minlərlə partnyorumuzu bir-birinə bağlayan dəyərli parçadır. Müştərilərimiz üçün isə bu unikal təcrübədir. Onlar gündəlik əməliyyatlarından bonus qazanacaq və həmin bonusları həm brendlərimizdə, həm də tərəfdaşlarımızda rahatlıqla xərcləyə biləcəklər”, – deyə İslamov vurğulayıb.