AZ

Səfir: Ukrayna Azərbaycanla strateji tərəfdaşlığı daha da gücləndirmək barədə razılığa gəlib

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov Ukrayna səfiri Yuri Husyev ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Ukrayna səfiri “X”də paylaşım edib.

“Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovla məhsuldar görüş keçirib səmərəli müzakirə apardıq. Azərbaycanın göndərdiyi humanitar yardımın yeni partiyası - enerji avadanlığı artıq Ukraynaya çatdırılıb. Bunun üçün minnətdarıq. Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün birgə addımlar barədə razılığa gəldik”, - diplomat vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
4
sherg.az

9Mənbələr