AZ

Çin ilk dəfə nüvə triadasını NÜMAYİŞ ETDİRDİ – VİDEO

Pekində keçirilən rəsmi paradda ilk dəfə Çinin strateji nüvə triadasını təmsil edən raketlər nümayiş olunub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, parad zamanı uzunmənzilli aviasiya raketi "JL-1", sualtı bazalı qitələrarası raket "JL-3", eləcə də quru bazalı qitələrarası raketlər "DF-61" və "DF-31" təqdim olunub.

Bundan başqa, bütün planeti əhatə edən strateji nüvə qitələrarası raket DF-5C də nümayiş etdirilib.

Qeyd edək ki, Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş parad keçirilib.


Bizim.Media

Seçilən
36
14
bizim.media

10Mənbələr