AZ

ŞƏT Ukrayna müharibəsinin davam etməsini istəyir Nauseda

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və onun “yardımçı qurumları” Ukraynadakı münaqişənin uzanmasında maraqlıdır.

Axar.az xəbər verir ki, bu sözləri Litva Prezidenti Gitanas Nauseda bildirib.

Onun sözlərinə görə, Çində keçirilən son sammit göstərir ki, demokratiya əleyhdarı ölkələr müharibəni davam etdirmək və sülh danışıqlarından yayınmaq üçün hər fürsətdən istifadə edəcək.

“Rusiya addımları ilə sülh istəmədiyini nümayiş etdirir və münaqişənin hər hansı bir qiymətə həllinə nail olunmalıdır. Onun fikrincə, buna yalnız beynəlxalq ictimaiyyətin, xüsusilə də ABŞ və Avropanın sərt tədbirləri ilə nail olmaq mümkündür”,- o bildirib.

Qeyd edək ki, avqustun 30-dan sentyabrın 1-dək Çinin Tiençin şəhərində ŞƏT-in 25-ci sammiti keçirilib. Sammitdə Rusiya prezidenti Vladimir Putin də iştirak edib və o, sentyabrın 3-də Pekində İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi ilə bağlı tədbirlərin fəxri qonağı olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
1
axar.az

10Mənbələr