Çin lideri Putinə “tarixi həqiqətin qorunması və müharibə nəticələrinin müdafiəsi” barədə mesaj verib...
Poliqon xəbər verir ki, Çin Xalq Respublikasının sədri Si Tsinpin Rusiya prezidenti Vladimir Putinlə görüşündə Rusiya və Çinin İkinci Dünya müharibəsinin əsas qalib dövlətləri olduğunu bəyan edib.
Si Tsinpin xatırladıb ki, hər il 9 may və 3 sentyabr tarixlərində Moskva və Pekində təşkil olunan Qələbə bayramı tədbirlərində qarşılıqlı iştirak iki ölkə arasında artıq yaxşı bir ənənəyə çevrilib. Onun sözlərinə görə, bu ənənə həm Çinin, həm də Rusiyanın “əsas qalib dövlətlər” kimi böyük tarixi məsuliyyətini nümayiş etdirir.
Çin lideri əlavə edib ki, bu cür birgə iştirak iki ölkənin müharibənin nəticələrini və tarixi həqiqəti qorumaq əzmində olduğunu göstərir.
Qeyd edək ki, Vladimir Putin Çin səfəri çərçivəsində İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi münasibətilə Pekində keçiriləcək hərbi paradda iştirak edəcək. Bundan əvvəl Tyanjində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başa çatıb.
Poliqon.info