AZ

Bakı metrosunda qiymət artımı ilə bağlı xəbər yayıldı - Qurum HƏRƏKƏTƏ KEÇDİ

Son günlər "TikTok" sosial şəbəkəsində "Bakı Metropoliteni" QSC-nin adı ilə fəaliyyət göstərən səhifə cəmiyyətdə narahatlıq yaratmağa başlayıb. Sözügedən səhifə metroda qiymət artımı və digər önəmli mövzular barədə paylaşımlar edərək ictimaiyyətdə çaşqınlıq yaradır, səhifəni idarə edən şəxs isə profili "rəsmi hesab" kimi təqdim edir.

Məsələni dəqiqləşdirmək üçün Oxu.Az-ın "Bakı Metropoliteni" QSC-yə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, həmin səhifə saxtadır:

"Bu səhifənin "Bakı Metropoliteni" QSC-yə heç bir aidiyyəti yoxdur. Vətəndaşlar ancaq "Facebook", "Instagram", "Linkedin" və "X" platformalarındakı rəsmi səhifələrimizi izləyərək məlumat ala bilərlər. pizza mizza

Sözügedən səhifənin bağlanması istiqamətində işlər görürük", - açıqlamada deyilir.


Telegram kanalımız
Seçilən
9
6
yenisabah.az

8Mənbələr