Xəbər verdiyimiz kimi, Bakının Nıərimanov rayonu Nəcəf Nərimanov küçəsində yerləşən yaşayış binasının 11-ci mərtəbəsində yanğın baş verib.
Ölkə.Az hadisə yerindən xəbər verir ki, əraziyə 4 yanğınsöndürən və 2 təcili tibbi yardım briqadası cəlb edilib.
Hadisə nəticəsində 3 otaqlı mənzildə mətbəx yanıb.
Yanğının mətbəxdən başladığı bildirilsə də, hadisənin dəqiq səbəbi hələlik məlum deyil.
Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Yanğın baş verən mənzildən görüntüləri təqdim edirik:
Billurə Yunus