EN

Bakıda yaşayış binasında yanan mənzildən GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, Bakının Nıərimanov rayonu Nəcəf Nərimanov küçəsində yerləşən yaşayış binasının 11-ci mərtəbəsində yanğın baş verib.

Ölkə.Az hadisə yerindən xəbər verir ki,  əraziyə 4 yanğınsöndürən və 2 təcili tibbi yardım briqadası cəlb edilib.

Hadisə nəticəsində 3 otaqlı mənzildə mətbəx yanıb.

Yanğının mətbəxdən başladığı bildirilsə də, hadisənin dəqiq səbəbi hələlik məlum deyil.

Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Yanğın baş verən mənzildən görüntüləri təqdim edirik:

Billurə Yunus

Chosen
18
olke.az

1Sources