AZ

"Dədə Qorqud" tankeri Xəzər dənizində yükdaşıma əməliyyatlarını bərpa edib

Bakı. Trend:

“AZCON Holding”in tərkibinə daxil olan Xəzər Dəniz Gəmiçiliyinin(ASCO) “Dədə Qorqud” tankeri təmir olunaraq istismaraqaytarılıb.

Trend-in ASCO-yaistinadən verdiyi məlumata görə, təmir zamanı gəminin sualtıhissələri, üst qurğusu, maşın otağı və əsas göyərtədəkiavadanlıqlar təmizlənib və rənglənib. Bundan əlavə, bütünklapanların kapital təmiri aparılıb, dülgər, korpus-qaynaq vəelektrik-montaj işləri həyata keçirilib.

Məlumatda qeyd olunur ki, gəmiyə rabitə vəelektron-radionaviqasiya sistemləri üçün yeni avadanlıqlarquraşdırılıb. Xüsusilə MF/HF tipli stasionar radiostansiya vəsiqnal paylayıcısı quraşdırılaraq istifadəyə verilib. Həmçinin,giroskopik kompasın, radiolokatorun və səsgücləndirici rabitəninnasaz elementləri yeniləri ilə əvəzlənib.

“Zığ gəmi təmiri və gəmiqayırma zavodunda aparılan təmirişlərindən sonra tanker yenidən istismara qaytarılıb".

Qeyd edək ki, ‘Dədə Qorqud’ tankerinin uzunluğu 149,9 metr, eni17,3 metr, dedveyt yükdaşıma qabiliyyəti isə 13 800 tondur”, – deyəməlumatda bildirilir.

Seçilən
65
az.trend.az

1Mənbələr