1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Prezidenti Donald Tramp həyatında heç vaxt özünü indiki qədər yaxşı hiss etmədiyini bildirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə o, "Truth Social" şəbəkəsindəki səhifəsində mediada onun ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən yazıb.
"Həyatımda heç vaxt özümü indiki qədər yaxşı hiss etməmişəm", - deyə ABŞ lideri vurğulayıb.
Respublikaçının səhhətinin pis olması ilə bağlı şayiələr onun həftəsonu iş qrafikinin sıx olmasına baxmayaraq, avqustun 27-də Nazirlər Kabinetinin iclasından sonra ictimaiyyət qarşısına çıxmaması fonunda yayılıb.
Avqustun 31-də amerikalı jurnalist Laura Rozen ABŞ Prezidenti Donald Trampın Virciniya ştatının Sterlinq şəhərindəki qolf meydançasından fotosunu paylaşıb. Bu, siyasətçinin ölümü ilə bağlı şayiələr internetdə yayılmağa başlayandan sonra onun ilk şəkli olub.
Bunun fonunda vitse-prezident Ceyms Devid Vens dövlət başçısının başına bir iş gələrsə, ABŞ prezidentinin yerini tutmağa hazır olduğunu bildirib. Məmurun sözlərinə görə, ABŞ-nin vitse-prezidenti olduğu müddətdə o, çox təcrübə qazanıb. Ağ Ev tezliklə ABŞ prezidentinin ölümü ilə bağlı məlumatı təkzib edib və siyasətçinin səhhətində heç bir problem olmadığını, tam qaydasında olduğunu və səhər qolf oynamağa çıxacağını bildirilib.